Azərbaycan Prezidenti: "Kommunikasiya xətlərinin açılması regionda müsbət ab-hava yarada bilər"

Azərbaycan Prezidenti: "Kommunikasiya xətlərinin açılması regionda müsbət ab-hava yarada bilər" “Ümumiyyətlə, kommunikasiya xətlərinə gəldikdə isə regional nəqliyyat xətlərinin açılması bölgəmiz üçün çox vacibdir.  Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasına çıxışla yanaşı həmçinin Ermənistanın dəmiryolu xətləri ilə İranla birləşməsi üçün fürsət
Xarici siyasət
14 Dekabr , 2021 19:25
Azərbaycan Prezidenti: Kommunikasiya xətlərinin açılması regionda müsbət ab-hava yarada bilər
İlham Əliyev

“Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.

Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik”, - dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi