İlham Əliyev Ərdoğana: Sizin göstərdiyiniz mənəvi və siyasi dəstək bizim ruhumuzu artırıb

Xarici siyasət
  • 08 noyabr, 2026
  • 16:03
İlham Əliyev Ərdoğana: Sizin göstərdiyiniz mənəvi və siyasi dəstək bizim ruhumuzu artırıb

Sizin göstərdiyiniz mənəvi və siyasi dəstək bizim ruhumuzu artırıb.

"Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

"44 gün ərzində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdi. Döyüşlərdə 3 min şəhid olub. Allah bütün şəhidlərə rəhmət etsin, onların qanları yerdə qalmadı. Onların intiqamı döyüş meydanında alındı. Tarixi ədalət bərpa edildi".

Prezident qeyd edib ki, bu gün Ermənsitanla Azərbaycan arasında normallaşma prosesi gedir.

"Ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, bir ildən çoxdur ki, Ermənsitan və Azərbaycan sülh sazişini paraflayıb. Lakin son imzalar atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, Türkiyə və Azərbaycan ictimaiyyəti səbəbləri yaxşı bilir", - İlham Əliyev deyib.

44 filmi