İstanbulda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçiriləcək
- 07 may, 2015
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 may. REPORT.AZ/ Mayın 8-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfərə yola düşəcəklər. Bu barədə "Report"a MM-dən məlumat verilib.
Deputatlar Türkiyə rəsmilərinin və İstanbul ictimaiyyəti nümayəndələrinin qatılacağı tədbirlərdə müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndərin həyat və fəaliyyətindən geniş söhbət açacaq, iştirakçılara tarixən qardaş olan Azərbaycanla Türkiyə arasındakı çoxşaxəli əlaqələrin inkişafında Heydər Əliyevin rolu barədə məlumat verəcəklər.
Qeyd edək ki, səfər mayın 11-də başa çatacaq.