İranın maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

İranın maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir Bu, Məsud Kərbasianın Azərbaycana maliyyə naziri kimi ilk səfəridir
Xarici siyasət
26 Oktyabr , 2017 11:45
İranın maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Report

Bakı. 26 oktyabr. REPORT.AZ/ İranın maliyyə naziri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Report" İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, M.Kərbasianın Azərbaycana maliyyə naziri və birgə iqtisadi komissiyanın həmsədri kimi ilk səfəridir.

İkigünlük səfər zamanı İran nümayəndə heyəti Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək. Görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Xatırladaq ki, bu il noyabrın əvvəlində İranın daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.

Son xəbərlər

Orphus sistemi