Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib
İnfrastruktur
- 20 aprel, 2024
- 10:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Bu marşrut xətti "Dərnəgül" metrostansiyası - Süleyman Rüstəm küçəsi ("28 Mall" ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.
"33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gedişhaqqı nağdsız qaydada olacaq", - məlumatda deyilir.
Son xəbərlər
13:27
Azərbaycan və Hindistan XİN başçıları Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər
Xarici siyasət
13:25
Ceyhun Bayramov: Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır
Xarici siyasət
13:25
Bir sıra qanunların "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
ASK
13:24
Deputat: "Aqrar bölgələr üçün kommunal tarifləri azaldılmalıdır"
Energetika
13:23
Hindistan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat xətti layihələrinə maraq göstərir
Xarici siyasət
13:20
"Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
ASK
13:18
Nazir: Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Xarici siyasət
13:18
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Xarici siyasət
13:17
"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb
Futbol