"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb

Futbol
  • 23 oktyabr, 2026
  • 13:17
Şəfanın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb

AFFA U-17 Liqasında çıxış edən "Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev beş oyunluq cəzalanıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin öz futbolçusuna qarşı təcavüzkar davranışı səbəb olub. V.Haqverdiyev "İmişli" ilə matçdan sonra öz oyunçusuna qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalanıb. O, növbəti 5 oyunda texniki zonada yer almayacaq.

II Liqada çıxış edən "Dinamo"nun futbolçusu Valeh Seyidov 4 oyunluq cəza alıb. O, VIII turda "Qaradağ Lökbatan"la oyunun 70-ci dəqiqəsində təcavüzkar davranış ucbatından bu cəza ilə üzləşib. Klub isə 300 manat cərimə olunub.

Eyni çempionatda "Ağdaş" komandasının rəhbəri Ruslan Hüseynov "Hypers"lə oyundan sonra hakimləri təhqir etdiyinə görə növbəti 4 matça buraxılmayacaq. Bölgə təmsilçisi buna görə 1000 manat ödəməli olacaq.

"Şəmkir"in oyunçusu Elçin Qasımov isə "Difai" ilə qarşılaşmada təcavüzkar davranış səbəbindən 3 oyunluq cəzalanıb. Kluba 300 manat cərimə kəsilib.

44 filmi