​İqor Bratçikov: "Xəzərin hüquqi statusuna dair saziş Astana sammitinədək hazırlanacaq"

​İqor Bratçikov: "Xəzərin hüquqi statusuna dair saziş Astana sammitinədək hazırlanacaq" "Tehranda Xəzərin hüquqi statusuna dair müsbət nəticələr əldə olunub"
Xarici siyasət
1 İyun , 2015 22:36
​İqor Bratçikov: Xəzərin hüquqi statusuna dair saziş Astana sammitinədək hazırlanacaq

Bakı. 01 İyun. REPORT.AZ/ "Xəzərin hüquqi statusu üzrə Konvensiyanın mətni Xəzəryanı ölkələrin dövlət başçılarının gələn il Qazaxıstanda keçiriləcək növbəti görüşündə təqdim olunacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bu fikri Tehranda Xəzərin hüquqi statusu üzrə xüsusi işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən 40-cı iclasında iştirak edən Rusiya prezidentinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi İqor Bratçikov səsləndirib.

"Ölkələr prezidentlərin (Xəzəryanı dövlətlərin) Həştərxanda təklif etdikləri prinsiplər əsasında dövlət başçılarının qarşıdan gələn görüşünə qədər sənəd hazırlaya biləcəklər", -deyə İ.Bratçikov qeyd edib.

O, həmçinin əlavə edib ki, hazırki sessiya zamanı yaxşı nəticələr əldə olunub və nümayəndələr "çox mühüm addımlar ata" biliblər.

İclasda beş Xəzəryanı ölkə - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndəsi iştirak edib və onlar hüquqi statusla yanaşı sahilyanı dövlətlərin ərazi hüquqlarını da müəyyən edəcək Konvensiyanın imzalanması ilə əlaqəli problemləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi