Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının baş naziri Şarl Mişelə başsağlığı verib.
"Report" xəbər verir ki, dövlət başçısı başsağlığı məktubunda bu gün Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması ilə bağlı kədərini ifadə edib.
"Hörmətli cənab Baş nazir,
Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - deyə prezident bildirib.