Hulusi Akar: "Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana yenə də dəstək verməyə hazırıq"

Hulusi Akar: "Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana yenə də dəstək verməyə hazırıq" "Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq".
Xarici siyasət
22 Dekabr , 2022 22:56
Hulusi Akar: Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana yenə də dəstək verməyə hazırıq

"Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana yenə də dəstək verməyə hazırıq".

“Report”un Ankara bürosunun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.

“Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar, biz də bunun tərəfdarıyıq", - Akar qeyd edib.

Azərbaycanın savaşının haqlı olduğunu hər yerdə nümayiş etdirməyin vacibliyini deyən nazir vurğulayıb ki, başda NATO platformaları olmaqla bütün beynəlxalq tədbirlərdə bu, səsləndirilir.

Son xəbərlər

Orphus sistemi