Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək

Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.
Xarici siyasət
29 Aprel , 2022 18:56
Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək
Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.

"Report" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, görüş mayın 2-də Brüsseldə keçiriləcək.

Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi