Hakan Fidan: Enerji böhranı Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb

Hakan Fidan: Enerji böhranı Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb Sanksiyalar səbəbilə yaranan enerji böhranı enerji ilə zəngin olan Orta Asiya və Qafqazın geosiyasi önəmini artırıb.
Xarici siyasət
29 Yanvar , 2025 13:05
Hakan Fidan: Enerji böhranı Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb
Hakan Fidan

Sanksiyalar səbəbilə yaranan enerji böhranı enerji ilə zəngin olan Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.

O qeyd edib ki, Türkiyə region və ətrafı üçün sülh, rifaq, sabitlik yaradır.

Nazir Suriyadakı dəyişikliklərdən də söz açaraq vurğulayıb ki, Suriyadakı dəyişikliklər bölgə üçün yeni fürsət pəncərəsi yaradıb:

“Suriyanın dirçəlməsinə dəstək verməliyik. Onun inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin olunacaq, həmçinin logistika, ticarət, enerji kimi sahələrdə yeni imkanlar yaranacaq”.

Son xəbərlər

Orphus sistemi