“Haber Global”: Azərbaycan Prezidentinin Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi

“Haber Global”: Azərbaycan Prezidentinin Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılış tədbirindəki çıxışı Avropa İttifaqında əks-reaksiyaya səbəb olub.
Xarici siyasət
15 Noyabr , 2024 15:05
“Haber Global”: Azərbaycan Prezidentinin Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən COP29-un Zirvə Toplantısında Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi.

"Report" xəbər verir ki, bu fikirlər Türkiyənin “Haber Global” telekanalının yayımladığı süjetdə yer alıb.

Süjetdə qeyd olunub ki, İlham Əliyev kiçik ada dövlətlərinin yerləşdiyi ərazilərdə həyata keçirilən nüvə sınaqları və müxtəlif tədbirlərlə əlaqədar ətraf mühitin çirklənməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını bildirmişdi.

"Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell isə İlham Əliyevin sözlərinə qulaq tıxayaraq Aİ-nin iqlim dəyişikliyi ilə mübarizədə ən böyük maliyyəçi olduğunu dedi. O, "Fransa və Niderlandın yanındayıq" açıqlamasını verdi", - "Haber Global"ın efirində vurğulanıb.

Telesüjetdə C.Borrellin Azərbaycan liderinin çıxışına qərəzli münasibətinə cavab verən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirlərinə yer verilib.

Daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi