Papuaşvili: Orta Dəhliz ölkələri arasında qanunvericilik çərçivəsinin razılaşdırılması vacibdir

Xarici siyasət
  • 18 iyun, 2025
  • 18:21
Papuaşvili: Orta Dəhliz ölkələri arasında qanunvericilik çərçivəsinin razılaşdırılması vacibdir

Orta Dəhliz layihəsində iştirak edən ölkələr arasında qanunvericilik çərçivəsinin uyğunlaşdırılması və razılaşdırılması vacibdir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, Türkiyəyə rəsmi səfəri zamanı Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri sədrlərinin yaxın vaxtlarda üçtərəfli görüş keçirəcəkləri barədə razılıq əldə olunduğunu açıqlayıb.

Papuaşvili bildirib ki, Ankaraya səfəri Türkiyə Böyük Millət Məclisinin sədri tərəfindən ünvanlanan rəsmi dəvət əsasında baş tutub. Bu, son 6 ildə Gürcüstan parlamenti sədrinin Türkiyəyə ilk səfəri hesab olunur.

“Tərəflər arasında parlamentlərarası ikitərəfli və çoxtərəfli əlaqələr, eləcə də 2023-cü ildə imzalanan əməkdaşlıq sazişi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məsələləri müzakirə olunub”, – Papuaşvili qeyd edib.

Parlament sədri vurğulayıb ki, bölgədə sülh və sabitliyin qorunması ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Son xəbərlər

Bütün Xəbər Lenti