Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, AMEA Gəncə Bölməsi tərəfindən “Türk Dünyasının Azərbaycan-Özbəkistan modeli" mövzusunda beynəlxalq konfrans keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, AMEA Gəncə Bölməsində keçirilən konfransdan öncə Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
Konfransı AMEA Gəncə Bölməsinin sədri açıq elan edib. Azərbaycan və Özbəkistanlı akademik və elmi nümayəndələrin iştirakı ilə keçirilən konfransda çıxışlar olub və "Əhli Şirazinin qəsidəsində Əlişir Nəvainin tərifi (mədhi)", "Əlişir Nəvainin ədəbi şəxsiyyəti və irsi" və digər məruzələr dinlənilib.
Həmçinin çıxış və təkliflər ətrafında müzakirələr olub.