Fuad Hüseynəliyev: "Bakı və İrəvan üçün ən yaxşı nəticə üçüncü tərəfin iştirakı olmadan sülhə nail olmaqdır"

Fuad Hüseynəliyev: "Bakı və İrəvan üçün ən yaxşı nəticə üçüncü tərəfin iştirakı olmadan sülhə nail olmaqdır" Azərbaycan və Ermənistan üçün ən yaxşı nəticə üçüncü tərəfin iştirakı olmadan sülh müqaviləsinin imzalanmasıdır.
Xarici siyasət
21 Dekabr , 2023 18:49
Fuad Hüseynəliyev: Bakı və İrəvan üçün ən yaxşı nəticə üçüncü tərəfin iştirakı olmadan sülhə nail olmaqdır

Azərbaycan və Ermənistan üçün ən yaxşı nəticə üçüncü tərəfin iştirakı olmadan sülh müqaviləsinin imzalanmasıdır.

"Report"un məlumatına görə, bunu "Report" informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev CBC kanalının efirində deyib.

"Son zamanlar sülh prosesində bir çox vasitəçilərin fəallaşması nəzərəçarpacaq dərəcədə artıb. Bu, Rusiya, ABŞ və Brüsseldir və hamı bu işdə aparıcı qüvvəyə çevrilmək istəyir", - F.Hüseynəliyev bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində vasitəçi qismində iştirak edənlər daha çox öz maraqlarını güdürlər ki, bu da Azərbaycanın maraqları ilə üst-üstə düşməyə bilər.

"Bu baxımdan Tbilisi ən əlverişli platforma ola bilər. Çünki Tbilisi üçün regionda ümumi sülhə nail olmaq vacibdir", - Agentliyin direktoru qeyd edib.

F.Hüseynəliyev vurğulayıb ki, bu gün Xankəndi stadionunda futbol üzrə Azərbaycan kubokunun 1/8 final matçının keçirilməsi əlamətdar hadisədir:

“30 ildir öz doğma yurdlarına gedə bilməyən vətəndaşlarımız var. Məncə, işğaldan əvvəl orada yaşayan insanlarla yanaşı, buranın daha da inkişafında iştirak etmək istəyənlər olacaq. Bu gün orada “Qarabağ”ın oyunun baş tutması simvolikdir. Bu, Ağdam klubudur. Amma onun doğma stadionu “İmarət” tamamilə dağıdılıb. Qarabağ torpağında futbol matçının keçirilməsinin böyük əhəmiyyəti var. Ağdam inkişaf edəndən sonra “Qarabağ” futbol klubu öz daimi yerinə köçəcək və Azərbaycanı yenə də beynəlxalq arenada təmsil edəcək”.

Son xəbərlər

Orphus sistemi