Finlandiya nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Finlandiya nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Finlandiya Respublikasının sabiq müdafiə naziri Jan-Erik Enestamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Xarici siyasət
22 Avqust , 2024 16:37
Finlandiya nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Finlandiyanın sabiq müdafiə naziri Jan-Erik Enestamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda mövcud mina probleminin miqyası, heç bir hərbi normalara riayət olunmadan, nizamsız qaydada ərazilərin minalanması, keçmiş təmas xətti əraziləri ilə yanaşı mülki təyinatlı ərazilərin də minalarla ciddi şəkildə çirkləndirilməsi, aşkar edilən tələ minaları, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib.

Jan-Erik Enestam təqdim edilən məlumatlara görə təşəkkürünü bildirib, mina təhlükəsi ilə mübarizə fəaliyyətində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu və Azərbaycana səfər zamanı verilən məlumatlara əsasən hazırlanacaq hesabatın Finlandiyanın müvafiq qurumlarına təqdim ediləcəyini səsləndirib.

Eyni zamanda, Bəhruz Məmmədov ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində beynəlxalq tərəfdaşlığın və dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, görüş “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti” tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciət əsasında təşkil edilib.

Son xəbərlər

Orphus sistemi