Fərid Şəfiyev: Xarici donor icmaların Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərdiyi yardım çox aşağıdır

Fərid Şəfiyev: Xarici donor icmaların Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərdiyi yardım çox aşağıdır Azərbaycanda humanitar minatəmizləməyə göstərilən xarici yardım donor icmasının başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Xarici siyasət
5 aprel 2025 09:50
Fərid Şəfiyev: Xarici donor icmaların Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərdiyi yardım çox aşağıdır
Fərid Şəfiyev

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım donor icmasının başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin mənzil qərargahında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və BMTM-in birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinqdə danışıb.

O qeyd edib ki, 2020-ci ildən genişmiqyaslı humanitar minatəmizləmə işlərinin başlanğıcından bəri xarici yardım Azərbaycanda humanitar minatəmizləməyə ayrılan resursların yalnız 6 faizini təşkil edib:

“Bu, həm Azərbaycanın üzləşdiyi minatəmizləmə problemlərinin ciddiliyi baxımından, həm də beynəlxalq donor icmasının adətən başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır”.

Son xəbərlər

Orphus sistemi