“Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanniyan brifinq zamanı bildirib.
“Ermənistan tərəfi bunun üçün hər şeyi edəcək”, - deputat qeyd edib.
Hakim fraksiyadan olan deputat Gevorq Papoyan isə bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi kimi qarşıda çətin diplomatik iş dayanır.