“Bütün qonşularımızla birgəyaşayış formulunu tapmalıyıq”.
“Report” xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assembleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Sarqis Xandanyan təşkilatın plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yalnız bu halda Cənubi Qafqazda sülh və sabitlik təmin oluna bilər.
S.Xandanyan qeyd edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi olduqca vacibdir: “Bütün bu proses ərzində Ermənistan iki ölkə arasında münasibətlərin ilkin şərt olmadan həllinə səmimi sadiqliyini nümayiş etdirib. Nəticədə bir sıra müsbət addımlar atılıb”.
Deputatın sözlərinə görə, regionda sülhün alternativi yoxdur: “Bütün çətinliklərə baxmayaraq, biz sülh ideyasına sadiq qalacağıq”.