Ərəb Dövlətləri Liqasında Azərbaycanla əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunacaq

Ərəb Dövlətləri Liqasında Azərbaycanla əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunacaq Qahirədə daimi nümayəndələr səviyyəsində Ərəb Dövlətləri Liqası Şurasının 149-cu sessiyası başlayıb
Xarici siyasət
5 Mart , 2018 10:55
Ərəb Dövlətləri Liqasında Azərbaycanla əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunacaq

Bakı. 5 mart. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə Baş Katibliyin qərargahındakı daimi nümayəndələr səviyyəsində Ərəb Dövlətləri Liqası (ƏDL) Şurasının 149-cu sessiyası başlayıb.

"Report" KUNA agentliyinə istinadən xəbər verir ki, görüşün gündəliyindəki əsas məsələ nazirlər səviyyəsində ƏDL Şurasının iclasına hazırlıqdır.

Sessiya çərçivəsində Fələstin problemi, Ərəb-İsrail münaqişəsi, Ərəb Sülh Təşəbbüsünün təşviqi, Suriya, Liviya, Yəmən, Sudan və Somalidəki vəziyyət, eləcə də qaçqınlarla bağlı vəziyyətin və başqa məsələlərin müzakirə olunacağı planlaşdırılır.

Ərəb-Afrika, Ərəb-Avropa münasibətlərinin inkişafı, Ərəb-Rus Forumunun keçirilməsi, Azərbaycan və Mərkəzi Asiya ilə, eləcə də Çin, Hindistan və Yaponiya ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə olunacağı nəzərədə tutulur.

Son xəbərlər

Orphus sistemi