Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"

Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm" "Can Azərbaycanın Prezidenti dəyərli dostum İlham əLiyevə təşəkkür edirəm".
Xarici siyasət
3 Avqust , 2021 17:24
Ərdoğan: Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm
Rəcəb Tayyib Ərdoğan

"Can Azərbaycanın Prezidenti dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter səhifəsində yazıb.

O, meşə yanğınlarının söndürülməsində etdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Meşə yanğınlarının söndürülməsində apardığımız mübarizədə dəstək verən, başsağlığı diləyən, yardıma hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətimin adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi qısa müddətə dəf edəcəyik. Xüsusilə ilk andan dəstəklərini əsirgəməyən Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiyanın dövlət başçısı Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəmin adından təşəkkür edirəm. Qonşumuz İranın Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə göstərdikləri həmrəyliyə görə təşəkkürlərimi bildirirəm”, - Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 28-dən Türkiyənin Egey və Aralıq dənizi bölgələrində meşə yanğınları davam edir.

Son xəbərlər

Orphus sistemi