Ərdoğan azərbaycanlı professoru yüksək vəzifəyə təyin edib

Ərdoğan azərbaycanlı professoru yüksək vəzifəyə təyin edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib.
Xarici siyasət
7481
6 Fevral , 2021 10:09
Ərdoğan azərbaycanlı professoru yüksək vəzifəyə təyin edib
Rəcəb Tayyib Ərdoğan və Aygün Attar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib.

“Report”un xəbərinə görə, dövlət başçısının müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.

Qərara əsasən, professor A.Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

Xatırladaq ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyini bərpa edib və A.Attar təşkilatın sədri seçilib. O, diaspor təşkilatının rəhbəri kimi Türkiyədə aktiv şəkildə diaspor işi ilə məşğul olub, qardaş ölkənin cəmiyyətində böyük nüfuz qazanıb.

Son xəbərlər

Orphus sistemi