Avstraliyada təyyarənin avtomobillə toqquşması nəticəsində xəsarət alanlar var

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 11:19
Avstraliyada təyyarənin avtomobillə toqquşması nəticəsində xəsarət alanlar var

Melburnda (Avstraliya) eniş edərkən yüngül mühərrikli təyyarənin avtomobillə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

"Report" ABC-yə istinadən xəbər verir ki, hadisə Lilideyl hava limanı yaxınlığında baş verib.

Fövqəladə hallar xidmətlərinin məlumatına görə, eniş edən təyyarə avtomobillə toqquşub. Nəticədə təxminən 60 yaşlı qadın və təxminən 70 yaşlı kişi xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.