Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt əməllərinə çata bilməyəcək
- 08 noyabr, 2026
- 16:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt əməllərinə çata bilməyəcək.
"Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
"Hamı bilir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif imtahanlarından keçərək bu günkü səviyyəsinə çatıb. "Bir millət, iki dövlət" cümləsi ilə izah etdiyimiz bu könül birliyi sabahlarımıza işıq tutan sönməz məşəldir. Qardaşlığımız ortaq bir dilin, tarixin və mədəniyyətin çox ötəsindədir. Bakının sevincini Ankaranın sevincidir. Şuşanın qürurunu bütün millətin qüruri bilirik. TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir".
Türkiyə Prezident bəyan edib ki, bərabərliyimiz hər zaman olacaq.
"Bunun üçün var gücümüzlə çalışırıq. TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir. Türk dünyasının birlik üçün hər addım atırlır. Bu səbəbdən Azərbaycana təşəkkür edirik".