Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Xarici siyasət
  • 04 iyun, 2015
  • 12:52
Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə "Reporta" nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı nazir Elmar Məmmədyarov səfir İqor Bodiuya fəaliyyəti dövründə Azərbaycan və Moldova arasında münasibətlərin daha da inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

44 filmi