Elmar Məmmədyarov Litva müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsini yad edib

Xarici siyasət
  • 25 aprel, 2017
  • 15:16
Elmar Məmmədyarov Litva müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsini yad edib

Bakı. 25 aprel. REPORT.AZ/ Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Antakalnis məzarlığında Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların Memorialına əklil qoyulması mərasimində iştirak edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, fəxri qarovulun müşayiəti ilə keçirilən mərasimdə nazir Elmar Məmmədyarov Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsini ehtiramla yad edib.