Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
Bu barədə "Report"a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.
İclas çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə dekabrın 5-də Milanda görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.