Elmar Məmmədyarov: "Azərbaycan və Rusiya arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır"

Elmar Məmmədyarov: "Azərbaycan və Rusiya arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır" "Əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır"
Xarici siyasət
4 Aprel , 2017 10:02
Elmar Məmmədyarov: Azərbaycan və Rusiya arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır
Report.az

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan və Rusiya arasındakı cari əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır, iki ölkənin mövqeləri bir çox əsas məsələlər üzrə üst-üstə düşür.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində deyilir.

"Əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu gün - Rusiya ilə tərəfdaşılıq əlaqələri davamlılıq testindən keçən zaman ölkələrimiz arasındakı bütün sahələri əhatə edən əlaqələr sürətlə inkişaf edir", - E.Məmmədyarov bildirib.

O, ölkələrimiz arasındakı hüquqi-saziş bazasının 200-dən çox dövlətlərarası, hökumətlərarası və regionlararası müqavilədən ibarət olduğunu qeyd edib.

"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanla xarici ticarət əlaqələrinə Rusiyanın 70 regionunun müəssisə və şirkətləri cəlb olunub, ümumi ixrac min addan çox məhsulu əhatə edir. Rusiyanın 40 subyekti ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Siyasi və işgüzar dairələrin, region rəhbərlərinin iştirakı ilə keçirilən Azərbaycan-Rusiya regionlararası forumu xoş ənənə halını alıb.

Əlaqələrimiz üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri ilə daha da zənginləşir. 2016-cı ildə Azərbaycan, Rusiya və İranın prezidentləri və xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Bu formatda əməkdaşlıq transregional əməkdaşlığın inkişafı, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir", - məqalədə deyilir.

Son xəbərlər

Orphus sistemi