Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Argentinanın xarici işlər nazirinin müavinini qəbul edib

    Nazir Azərbaycanın Cənubi Amerika regionu ölkələri, xüsusilə Argentina ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın XİN başçısının müavini Eduardo Zuaininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın Cənubi Amerika regionu ölkələri, xüsusilə Argentina ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb.

    Azərbaycanla Argentina arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov iki ölkə arasında xarici işlər nazirlikləri səviyyəsində mütəmadi əsasda keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib.

    Eduardo Zuain Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizin qısa müddətdə əldə etdiyi sosial-iqtisadi inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan və Argentina arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edən Eduardo Zuain iki ölkə arasında sənaye, energetika, kənd-təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu söyləyib.

    Birgə səylər vasitəsilə iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi məqsədilə tezliklə hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi ilə əlaqədar müsbət niyyət ifadə olunub.

    Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Argentina arasında mövcud olan əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Görüş zamanı BMT Baş Məclisinin qarşıdan gələn sessiyasının gündəliyində duran məsələlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi