Radev: Bolqarıstan və Azərbaycan strateji üstünlüklərdən istifadə etməyə çalışır

Radev: Bolqarıstan və Azərbaycan strateji üstünlüklərdən istifadə etməyə çalışır Bu gün Bakıda Prezident İlham Əliyevlə imzaladığım Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamə münasibətlərimizin dərinləşməsi üçün mühüm potensialın ifadəsidir.
Xarici siyasət
8 May , 2024 21:12
Radev: Bolqarıstan və Azərbaycan strateji üstünlüklərdən istifadə etməyə çalışır

Bu gün Bakıda Prezident İlham Əliyevlə imzaladığım Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamə münasibətlərimizin dərinləşməsi üçün mühüm potensialın ifadəsidir.

“Report” xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev “Facebook” səhifəsində yazıb.

“Yüksək siyasi səviyyədə intensiv dialoq təkcə ikitərəfli əməkdaşlığa deyil, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Cənubi Qafqaz və Qara dəniz regionunun sabitliyinə və iqtisadi inkişafına töhfə verir”, - o bildirib.

Bolqarıstan liderinin sözlərinə görə, hər iki ölkə öz strateji üstünlüklərindən istifadə edərək Avropa ilə Asiya arasında əlaqələrin inkişafında maraqlıdır.

R.Radev həmçinin qeyd edib ki, Azərbaycan Bolqarıstanın enerji sahəsində əsas tərəfdaşına çevrilib və Bolqarıstana təbii qaz tədarükünün şaxələndirilməsinə mühüm töhfə verib.

Son xəbərlər

Orphus sistemi