Xarici işlər nazirinin müavini: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - YENİLƏNİB

Xarici işlər nazirinin müavini: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - YENİLƏNİB Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.
Xarici siyasət
4 Noyabr , 2023 18:25
Xarici işlər nazirinin müavini: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - YENİLƏNİB

“İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

"Report" İtaliya KİV-ə istinadən xəbər verir ki, bunu İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşündə deyib.

Görüş zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

İtaliyanın hər iki ölkənin ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyən E.Sirielli davamlı sülhə nail olmaq üçün Bakı və İrəvanı dialoqa çağırıb.

Nazir müavini həmçinin Roma ilə Bakı arasında mövcud strateji tərəfdaşlığın təsdiq etdiyi ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

12:43

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

İtaliyanın regionda prosesləri diqqətlə izlədiyi və dialoqu dəstəklədiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi