Azər Badamov: Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir

Azər Badamov: Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir İsveçrə parlamentinin aşağı palatasında qəbul olunmuş anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu qətnamə qəbul edərək Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini davam etdirir.
Xarici siyasət
20 Dekabr , 2024 11:26
Azər Badamov: Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir
Azər Badamov

İsveçrə parlamentinin aşağı palatasında qəbul olunmuş anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu qətnamə qəbul edərək Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini davam etdirir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa və erməni lobbisinin təsiri altına düşmüş Qərbi narahat edən əsas məsələ Azərbaycanın öz ərazilərində suverenliyini təmin etməsi, müstəqil siyasət yürütməsi, COP29 kimi böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir:

“Əslində Avropa Parlamentində bir azca ədalət olsaydı ilk növbədə Avropanın mərkəzində yerləşən Fransanın diktator fəaliyyətindən, Makron hakimiyyətinin XXI əsrdə davam etdirdiyi neokolonizm siyasətindən və ada dövlətlərində yaşayan xalqların təməl hüquqlarının kobudcasına tapdalamasından danışardı. Təəssüf ki, bu baş vermir".

O hesab edir ki, Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır:

"Qərbin Azərbaycana qarşı siyasi təzyiq cəhdləri davam etdirdiyi məqamda Azərbaycan Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində bu təşkilata üzv qəbul edilib. Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla planetin əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM-ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq".

A.Badamov qeyd edib ki, Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək:

"D8-ə üzv olmaq, Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq”.

Son xəbərlər

Orphus sistemi