Çili Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib

Xarici siyasət
  • 15 noyabr, 2018
  • 06:44
Çili Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib
Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq barədə qərar qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub. 

44 filmi