Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə geniş tərkibdə görüşüb.
“Report” xəbər verir ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Onlar əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və s. potensialından istifadə mexanizmləri barədə fikir mübadiləsi aparıb, BMT, Qoşulmama Hərəkatı, İƏT daxilindəki əməkdaşlıq barədə danışıblar.
Qeyd olunub ki, COP29-a sədrlik Azərbaycanın mühüm fəaliyyət platformalarından biridir.
Görüş zamanı, həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalidən olan həmkarı Əhməd Moallim Fiqi ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Ə.M.Fiqi Azərbaycanda rəsmi səfərdədir.
Tərəflər arasında ikitərəfli və geniştərkibli görüşdən sonra onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.