Moskvada Ceyhun Bayramovun Sergey Lavrov ilə görüşü olub
Xarici siyasət
- 01 aprel, 2021
- 15:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.
Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
14:19
Beynəlxalq maliyyə institutlarının Azərbaycana investisiyaları 4 dəfədən çox artıb
Maliyyə
14:18
"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb
Futbol
14:15
Azərbaycan və Ukrayna Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının tikintisini müzakirə ediblər
Energetika
13:59
Pərviz Şahbazov: "Bakı Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirməyi hədəfləyir"
Energetika
13:52
"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb
Futbol
13:51
Surinam özəl sektoru iqtisadi siyasətin hazırlanmasına daha fəal cəlb etmək niyyətindədir
Xarici siyasət
13:42
İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır
Xarici siyasət
13:42
Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib
Xarici siyasət
13:40
Hərbi və fövqəladə vəziyyətdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək
Daxili siyasət