Nazir: Bizim üçün əsas olan Ermənistan konstitusiyasında Müstəqillik Aktına istinadın dəyişməsidir - YENİLƏNİB-2
- 26 dekabr, 2025
- 17:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan üçün əsas məsələ Ermənistan konstitusiyasında Müstəqillik Aktına olan istinadın dəyişməsidir.
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycanın bununla bağlı mövqeyi reallığa əsaslanır:
"Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliyin vacibliyi ilə bağlı həm ikili danışıqlarda, həm də beynəlxalq instansiyalar vasitəsilə ortaya qoyduğu mövqeyinin əsaslı olduğunu dəfələrlə sübut edib. Ermənistanın bu dəyişikliyi necə edəcəyi onun öz daxili işidir. Burada bizim üçün əsas olan Ermənistan konstitusiyasında Müstəqillik Aktına olan istinadın dəyişməsidir. Bu məsələ bizim üçün hələ də önəmli olaraq qalır. Bu dəyişiklik nə qədər tez olarsa, müsbət addımlara da bir o qədər tez təsir edər".
Hazırda ABŞ-dən TRİPP layihəsi ilə məşğul olan nümayəndələr Ermənistanda danışıqlar aparır.
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, Vaşinqton razılaşmasında TRİPP layihəsi yer alıb:
"Bu konteskdə artıq ABŞ-Ermənistan əməkdaşlığı var. Bu, ABŞ üçün önəmlidir, bunu oradan da görə bilərik ki, layihəyə prezident Tramp öz adını verib. Hazırda nümayəndələr Ermənistanda danışıqlar aparır. Bu ikitərəfli formatdadır, lakin biz öncədən Azərbaycanın gözləntilərini, legitim maraqlarını onlara çatdırmışıq. Hesab edirik ki, bunlar nəzərə alınacaq".
C.Bayramov layihənin olduqca önəmli olduğuna diqqət çəkib:
"Azərbaycanın Naxçıvan MR ilə əlaqəsinin yaradılması hələ 2020-ci ildəki razılaşmada var idi, lakin bu illər ərzində Ermənistan heç bir addım atmamışdı. Azərbaycan dərhal öz ərazisində işlərə başlamışdı və o işlər artıq demək olar başa çatıb. Ermənistan isə öz ərazisində iş görməmişdi. Bunun səbəbini mən qiymətləndirə bilmərəm, bu, ölkədaxili səbəb də ola bilər, kənar da. Lakin fakt ortadadır ki, bu illər ərazində heç bir iş görülmədi".
Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.
O qeyd edib ki, tərəflər arasında birbaşa təmaslar olub:
"Etimad quruculuğu istiqamətində vətəndaş cəmiyyəti nümayəndələri arasında hər iki ölkədə görüş keçirilib. Noyabrda Qəbələ şəhərində Azərbaycan və Ermənistan tərəfləri arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirilib. Buna qədər yanvar və fevralda bu kontekstdə onlayn formatda görüşlər keçirilib. Həmçinin, Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmasına icazə verilib. Ancaq yekun sülh sazişi üçün qeyd etdiyimiz tələblərin icrası vacibdir".
Nazir vurğulayıb ki, cari ildə regionda dayanıqlı sülhün bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında prosesin normallaşması mühüm irəliləyişdir.
Onun sözlərinə görə, Vaşinqton sammiti bu prosesə mühüm töhfə verib.