Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək

Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək “Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 günlük davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələsini müzak
Xarici siyasət
220
19 Oktyabr , 2021 13:16
Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək

“Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 gün davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələlərini müzakirə etdik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan azad olunan ərazilərin minlardan təmizlənməsi sahəsində Slovakiya ilə əməkdaşlıq edir: “Slovakiyadan 7 minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb. Bu yaxınlarda həmin texnikanın birinci hissəsi Azərbaycana gətiriləcək”.

Son xəbərlər

Orphus sistemi