Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri ilə görüşüb - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri Vladimir Orliç ilə görüşüb.
Xarici siyasət
7 Noyabr , 2023 16:00
 Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud ikitərəfli münasibətlərin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu qeyd edib.

Bununla əlaqədar, çoxtərəfli platformalarda iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək vurğulanıb.

Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından söz açan nazir Ceyhun Bayramov, qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Parlamentlərarası müstəvidə Milli Assambleyanın sədri V.Orliçin bu il baş tutmuş işgüzar və rəsmi səfərləri, habelə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Serbiyaya rəsmi səfəri xatırlanıb.

Ölkələr arasında iqtisadi, enerji, ticarət dövriyyəsinin artırılması, informasiya texnologiyaları, turizm və s. sahələrdə əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov bu sahədə geniş inkişaf potensialının olduğunu vurğulayıb və bu sahədə Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər, bölgədə hazırkı vəziyyət və Ermənistanla sülh prosesinin perspektivləri barədə məlumat verib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

14.49

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri Vladimir Orliç ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan və Serbiya arasında parlamentlərarası əlaqələr, o cümlədən ikitərəfli əlaqələr və çoxtərəfli platformalarda qarşılıqlı dəstək müzakirə olunub.

Qeyd edək ki, C.Bayramov Serbiyada rəsmi səfərdədir.

Son xəbərlər

Orphus sistemi