Çexiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Çexiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Xarici siyasət
12 Aprel , 2018 17:13
Çexiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. 12 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

V.Pivonka diplomatik fəaliyyəti ərzində ikitərəfli münasibətlərin daha da inkişafı məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

E.Məmmədyarov fəaliyyəti müddətində V.Pivonkanın dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib və gələcək fəaliyətində uğurlar arzulayıb.