Valeri Çeçelaşvili: "Yeni baş katibin gəlişi GUAM-a yeni nəfəs gətirəcək"

Valeri Çeçelaşvili: "Yeni baş katibin gəlişi GUAM-a yeni nəfəs gətirəcək" "Azərbaycan hər zaman GUAM layihələrinin həyata keçirilməsində fəal iştirak edib"
Xarici siyasət
18 Dekabr , 2015 16:35
Valeri Çeçelaşvili: Yeni baş katibin gəlişi GUAM-a yeni nəfəs gətirəcək

Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan hər zaman GUAM layihələrinin həyata keçirilməsində fəal iştirak edib". Bunu "Report"a müsahibəsində təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib. 

"Azərbaycan GUAM-ın tərkibindəki digər dövlətlər kimi, təsisçi ölkədir. Azərbaycanın səsi olmadan heç bir şey etmək mümkün deyil", - V.Çeçelaşvili qeyd edib. 

Onun sözlərinə görə, GUAM-da baş verən hər bir hadisə təşkilata daxil olan hər bir dövlətin, o cümlədən Azərbaycanın maraqlarına uyğundur. "Azərbaycan hər zaman GUAM formatında əməkdaşlığın inkişafı üzrə planların həyata keçirilməsində fəal iştirak edib", - baş katib vurğulayıb. 

Təşkilatın rəhbəri qeyd edib ki, gələn ildən GUAM strukturu yeni nəfəs qazanacaq, çünki təşkilata sədrlik rotasiya üzrə plana uyğun olaraq Azərbaycana keçir. 

"Bundan başqa, yeni baş katib regionda yaxşı tanınan diplomat Altay Əfəndiyev təyin olunacaq. Bu çox intellektual, bilikli, diplomatiyadan yaxşı başı çıxan bir insandır, ona görə də düşünürəm ki, gələn il çox maraqlı olacaq", - V.Çeçelaşvili bildirib. 

Yanvarın 1-dən azərbaycanlı diplomat Altay Əfəndiyev bu vəzifədə V.Çeçelaşvilini əvəz edəcək. 

Valeri Çeçelaşvili yeni baş katibə təşkilatın bu illər ərzində əldə etdiklərini artırmağı və GUAM-ın əldə edə bilmədiyi uğurları əldə etməyi arzulayıb 

Son xəbərlər

Orphus sistemi