Mövlud Çavuşoğlu: “Ermənistan ağılını başına yığsın, Azərbaycanın yanındayıq”

Mövlud Çavuşoğlu: “Ermənistan ağılını başına yığsın, Azərbaycanın yanındayıq”  Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Xarici siyasət
13 İyul , 2020 13:30
Mövlud Çavuşoğlu: “Ermənistan ağılını başına yığsın, Azərbaycanın yanındayıq”
Mövlud Çavuşoğlu

“Ermənistan ağılını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Ermənistan xaincə bir hücum etdi və 4 qardaşımız şəhid oldu. Buradan bunu demək istəyirəm ki, Ermənistan xüsusilə yeni münaqişə yerləri yaratmaq istəyir. Ermənistan bu günədək məsələnin siyasi həllinə yaxın durmadı. Ermənistan bu günədək heç bir həll yoluna yaxın durmayıb”, - o, əlavə edib.

Nazir bu münaqişədə Türkiyənin Azərbaycanın yanında olduğunu xüsusilə vurğulayıb:

“Ermənistanın etdiyi qəbuledilməzdir, ağlını başına yığsın. Azərbaycan yalnız deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”. 

M.Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyü üçün lazımi bütün dəstəyi verəcəyini də bildirib:

“Azərbaycan işğal altında olan torpaqlar və Qarabağ mövzusunda hansı həll yolunu seçərsə, biz Azərbaycanın yanında olacağıq”.

Son xəbərlər

Orphus sistemi