Bakı Təşəbbüs Qrupu (BTQ) yarandığı gündən səkkiz beynəlxalq konfrans keçirib və bu tədbirlərin əsas məqsədi müstəmləkəçilikdən əziyyət çəkən yerlərin problemlərini işıqlandırmaqdır.
“Report” xəbər verir ki, bunu BTQ-nun icraçı direktoru Abbas Abbasov parlamentdə mayın 30-da keçirilən "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlarda sərgilədiyi mövqe, Qoşulmama Hərəkatına sədrliyi dekolonizasiya prosesi ilə mübarizəyə ən böyük töhfədir.
A.Abbasov bildirib ki, sonuncu Vyana konfransında BTQ və “Tavini Huiraatira” Partiyası arasında memorandum imzalanıb:
“Bu memorandum təkcə iki təşkilatın siyasi müstəvidə deyil, səhiyyə və təhsil sahəsində də əməkdaşlığı ehtiva edən bir sənəddir. Əminəm ki, biz gələcəkdə də “Tavini Huiraatira” Partiyası ilə əməkdaşlığı davam etdirəcəyik. Hər il BMT dekolonizasiya ilə bağlı tədbirlər keçirir və Fransa hər il bu tədbirləri boykot edir”.