Britaniya və Azərbaycan koronavirusa qarşı mübarizədə əməkdaşlıq edir

Britaniya və Azərbaycan koronavirusa qarşı mübarizədə əməkdaşlıq edir Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tibb işçiləri üçün platformanın yaradılmasına maliyyə ayırıb.
Xarici siyasət
23 Aprel , 2020 10:58
Britaniya və Azərbaycan koronavirusa qarşı mübarizədə əməkdaşlıq edir
0 : 00
0 : 00

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tibb işçiləri üçün platformanın yaradılmasına maliyyə ayırıb. 

Bu barədə “Report”a diplomatik nümayəndəlikdən məlumat verilib. 

“Böyük Britaniya səfirliyi COVID-19 pandemiyası ilə mübarizədə kömək etmək üçün xəstəxanaların tibbi personalına təlim verilməsində Azərbaycana dəstək olmaqdan qürur duyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə Böyük Britaniya səfirliyi, Azərbaycanda xəstəxana personalına yeni təlim resurslarına çıxışın yaradılması və həmkarları ilə ünsiyyətə girməyə imkan verən www.azecovid19.org onlayn təlim platformasının hazırlanması layihəsini maliyyəşdirir. Layihə nəticəsində xəstəxanaların tibbi personalı ən qısa zamanda COVID-19 ilə mübarizə üçün lazımlı bacarıqlara yiyələnəcklər”, - səfirlikdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi