Səməd Seyidov Frank Şvabeyə yenidən cavab verib: Özünü və AŞPA-nı məhv edəcəksən

Səməd Seyidov Frank Şvabeyə yenidən cavab verib: Özünü və AŞPA-nı məhv edəcəksən Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.
Xarici siyasət
1 May , 2024 17:17
Səməd Seyidov Frank Şvabeyə yenidən cavab verib: Özünü və AŞPA-nı məhv edəcəksən
Səməd Seyidov

Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.

"Report" xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov almaniyalı parlamentarinin növbəti ittihamlarına cavab olaraq “X” hesabında yazıb.

Onun sözlərinə görə, Frank Şvabe qorxur:

"Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.

Qeyd edək ki, S.Seyidovla F.Şvabe arasında "söz dueli" aprelin 30-da başlayıb. Belə ki, Şvabe "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

S.Seyidov isə ona cavab olaraq bildirib ki, Şvabenin bu hərəkətləri siyasi terrorçuluqdur. Adıçəkilən siyasətçi hər şeydən əvvəl beynəlxalq hüquq normalarını tapdalayır.

Son xəbərlər

Orphus sistemi