Malta nümayəndəsi: Azərbaycan çox əhəmiyyətli irsə malikdir

Malta nümayəndəsi: Azərbaycan çox əhəmiyyətli irsə malikdir 20 il ərzində Azərbaycanda böyük fərqlərin şahidi oldum və siz bunun üçün qürurlanmalısınız. Azərbaycan çox əhəmiyyətli irsə malikdir. Sizdəki milli və mədəni irsin böyüklüyü məni həmişə valeh edib.
Xarici siyasət
1 May , 2024 16:16
Malta nümayəndəsi: Azərbaycan çox əhəmiyyətli irsə malikdir

20 il ərzində Azərbaycanda böyük fərqlərin şahidi oldum və siz bunun üçün qürurlanmalısınız. Azərbaycan çox əhəmiyyətli irsə malikdir. Sizdəki milli və mədəni irsin böyüklüyü məni həmişə valeh edib.

“Report” xəbər verir ki, bunu UNESCO üzrə Malta Respublikasının Milli Komissiyasının sədri Reymond Bondin mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan Nazirlərin 5-ci görüşündə deyib.

O qeyd edib ki, ötən illər ərzində ölkədə böyük işlər görülüb. Malta nümayəndəsi əlavə edib ki, bəzən məqsədlər unudulur.

"Bizim məqsədimiz sülh içində yaşamaqdan ibarətdir. Fərqlərimiz bizi daha da güclü etməlidir. Əlimizdən gələni etməliyik ki, Azərbaycanın irsi layiq olduğu qiyməti görsün. UNESCO-nun dünya irs siyasəti ilə bağlı vacib işlər gedir, bəşəriyyətin tarixində vacib rol oynayan bəzi irs nümunələri UNESCO irsi siyahısına daxil edilməlidir".

Son xəbərlər

Orphus sistemi