Britaniya səfiri: Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik

Britaniya səfiri: Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik".
Xarici siyasət
2 Avqust , 2024 16:07
Britaniya səfiri: Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik

Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik.

Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Qazax rayonunun Qızılhacılı kəndində 4 nəfərin mina partlayışı nəticəsində xəsarət alması ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.

"Qızılhacılı kəndində mina partlayışı nəticəsində DSX və ANAMA əməkdaşlarının yaralanma xəbərindən çox təəssüfləndim. Onlara tezliklə sağalmalarını arzulayıram. Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanlı tərəfdaşlarımızla işləməyə davam edəcəyik", - deyə səfir bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi