Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: "Qəbuledilməzdir"

Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: "Qəbuledilməzdir" “Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə ötən gün baş vermiş ölümcül hücumu pisləyir”.
Xarici siyasət
28 Yanvar , 2023 17:17
Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: Qəbuledilməzdir

“Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücumu pisləyir”.

“Report” xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev tviterdə yazıb.

O bildirib ki, belə hücumlar qəbuledilməzdir.

R.Radev hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Həmçinin, Bolqarıstan Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib. Nazirliyin bəyanatında bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəliyinə edilən hücum tamamilə qəbuledilməzdir: “Zərər çəkmiş hər kəsin tezliklə sağalmasını arzulayırıq.

Qeyd edək ki, müvafiq konvensiyalardan irəli gələn öhdəliklər qorunmalıdır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi