BMTM rəsmisi: BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır

BMTM rəsmisi: BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır. Çünki regionun iki böyük dövləti - İran və Rusiya bu təşkilata üzvdür.
Xarici siyasət
8 Aprel , 2024 10:11
BMTM rəsmisi: BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır

BRICS Cənubi Qafqaz regionu üçün əhəmiyyətli təşkilatdır. Çünki regionun iki böyük dövləti - İran və Rusiya bu təşkilata üzvdür.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Şahmar Hacıyev “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.

Son xəbərlər

Orphus sistemi