Fərid Şəfiyev: Azərbaycan xarici siyasətini bağlılıq və şaxələndirməyə əsaslanaraq həyata keçirir

Xarici siyasət
  • 18 fevral, 2026
  • 09:48
Fərid Şəfiyev: Azərbaycan xarici siyasətini bağlılıq və şaxələndirməyə əsaslanaraq həyata keçirir

Azərbaycan son altı il ərzində xarici siyasətini bağlılıq, şaxələndirmə və regional əməkdaşlığa əsaslanaraq həyata keçirib.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.

"Münaqişələr enerji və nəqliyyat marşrutlarına, həmçinin təchizat və sub-təchizat zəncirlərinə ciddi təsir göstərir. Bu proseslər xatırladır ki, regionumuz üçün əlaqəlilik, şaxələndirmə və ortaq maraqlara əsaslanan regional əməkdaşlıq strateji davamlılığın əsas elementləridir", - o bildirib.

F.Şəfiyev qeyd edib ki, Asiya institutları ilə qarşılıqlı əlaqələri, strateji ittifaqları genişləndirən Azərbaycan ABŞ və Aİ ilə konstruktiv əməkdaşlığı davam etdirməklə yanaşı, xarici siyasətinin şərq istiqamətini möhkəmləndirib: "Bu kontekstdə, Mərkəzi Asiya bizim üçün sadəcə qonşu deyil, strateji tərəfdaşdır".

Son xəbərlər

Bütün Xəbər Lenti