"Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair dəyirmi masa keçirilib

"Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair dəyirmi masa keçirilib Dekabrın 15-də "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair onlayn formatda dəyirmi masa keçirilib.
Xarici siyasət
15 Dekabr , 2021 18:19
Beynəlxalq Türk Dili Gününün təsis edilməsinə dair dəyirmi masa keçirilib

Dekabrın 15-də "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair onlayn formatda dəyirmi masa keçirilib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Türk Dövlətləri Təşkilatına daxil olan qurumların və Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin YUNESKO üzrə Milli Komissiyalarının nümayəndələri, həmçinin dövlət rəsmiləri və elm adamları iştirak edib.

Tədbirdə Azərbaycan tərəfindən fövqəladə və səlahiyyətli səfir Prof. Dr. Həsən Həsənov, fövqəladə və səlahiyyətli səfir Prof. Dr. Vilayət Quliyev, Millət Vəkili Prof. Dr. Nizami Cəfərov, Xüsusi tapşırıqlar üzrə səfir - YUNESKO üzrə Milli Komissiyanın Baş Katibi Dr. Seymur Fətəliyev iştirak və çıxış ediblər.

Çıxışlar zamanı "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı təşəbbüsün türkdilli dövlətlər üçün mühüm əhəmiyəti vurğulanıb və Azərbaycanın bu təşəbbüsü dəstəklədiyi bildirilib.

Bu təşəbbüsə YUNESKO-da baxılması üçün müvafiq tədbirlərin davam etdirilməsi və bu istiqamətdə türkdilli ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi